AZ

Liderlikdən üçüncülüyə: Lyuis Hemilton Mercedes lə rəqabəti dəyərləndirdi

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Formula-1" üzrə yeddiqat dünya çempionu və "Ferrari"nin ulduz pilotu Lyuis Hemilton Çin Qran Prisinin sprint yarışında əldə etdiyi üçüncü yer barədə təəssüratını bölüşüb.

Oxu.Az "Championat" nəşrinə istinadən xəbər verir ki, Hemilton sol ön təkərinin daha çox yeyildiyi üçün mövqeyini saxlaya bilmədiyini qeyd edib:

"Bu, doğrudan da böyük bir səy idi. Bizi irəlidə "Mercedes"lə başabaş mübarizə apara biləcəyimiz səviyyəyə çatdırdıqlarına görə komandama dərin minnətdarlığımı bildirirəm. Start anında çox gərgin mübarizə oldu, lakin sol təkərim daha çox yeyildiyi üçün mövqeyimi əldə saxlaya bilmədim. Təbii ki, yarışın bir anında lider olduğumu nəzərə alsaq, üçüncü yer o qədər də ürəkaçan nəticə deyil. Lakin sabah yenidən bütün gücümlə cəhd edəcəyəm".

"2026-cı ilin bolidi qat-qat üstündür və mən onun ərsəyə gəlməsində birbaşa iştirak etmişəm. Bu gün mən, şübhəsiz ki, daha xoşbəxtəm", - deyə Hemilton finişdən sonra bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
oxu.az

1Mənbələr