AZ

Samvel Karapetyan Ermənistanın Baş nazirliyi postuna namizəd olub

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Sizin səsləriniz bizim səslərimizdir, onlar Samvel Karapetyanın səsləridir”

“Samvel Karapetyan "Güclü Ermənistan" Partiyasının Baş nazirliyə namizədidir və bu məsələ müzakirə mövzusu deyil”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri partiya səlahiyyətlisi Alik Aleksanyan deyib.

"Sizin səsləriniz bizim səslərimizdir, onlar Samvel Karapetyanın səsləridir. Sizi əmin edirəm ki, bu səslərdən bir dənə də olsun başqasına keçməyəcək", - deyə o vurğulayıb.

Aleksanyanın sözlərinə görə, “Karapetyan tezliklə Baş nazir olacaq və bizim güclü Ermənistanımız, güclü iqtisadiyyatımız, güclü diplomatiyamız və həqiqi, uzunmüddətli sülhümüz olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
ayna.az

1Mənbələr