Rusiya Ədliyyə Nazirliyi SSRİ-nin sabiq lideri Nikita Xruşşovun nəvəsi, beynəlxalq münasibətlər üzrə professor Nina Lvovna Xruşşovanı “xarici agent” kimi tanıyıb.
Nazirlik daha 5 nəfərin “xarici agentlər” reyestrinə daxil edildiyini açıqlayıb. Siyahıya daxil edilən şəxslərdən biri də Nina Xruşşovadır.
Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, Xruşşova xarici agent kontentinin hazırlanmasında iştirak edib və “xarici mənbə tərəfindən təqdim edilən informasiya platformasında cavabdeh şəxs kimi çıxış edib”.
Qeyd edək ki, Rusiyada “xarici agent” statusu əsasən xaricdən maliyyə və ya dəstək aldığı iddia edilən şəxslərə və təşkilatlara verilir.
Bakupost.az
Tarix: 14 Mart 2026, 10:57