AZ

“Sabah”la “Qarabağ” autsayderlərlə oyunda xal itirə bilər” – Arif Əsədov “Neftçi”yə daha çox inanır

Misli premyer-liqasında 23-cü tur da geridə qaldı. “Qarabağ”ın “Araz-Naxçıvan”ı (6:0), “Sabah”ın “Qəbələ”ni (7:1) darmadağın etməsi, “Turan Tovuz”un “Neftçi”nin meydanından minimalhesablı qələbəylə ayrılması, “Zirə”nin “Kəpəz”lə bacarmaması (2:2) qaliblərin ilk “üçlük”də möhkəmlənməsiylə nəticələndi.

Maraqlıdı, bəs, həmin komandaların ölkəmizi Avropada təmsil edəcəyinə artıq əmin ola bilərikmi? Avrokuboklar uğrunda mübarizə aparan digər kollektivlərdən – “Araz-Naxçıvan”, “Sumqayıt” və “Neftçi”dən hansının mövsümü 4-cü pillədə bitirmək şansı daha yüksəkdi?

Bu suallarla təcrübəli mütəxəssis Arif Əsədova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Bəli, “Qarabağ”la “Sabah”ın ölkəmizi avrokuboklarda təmsil edəcəyi dəqiqdi. Lakin hansının çempion olacağını öyrənmək üçün mövsümün sonuna qədər gözləməliyik. Üçüncü yerə isə “Turan Tovuz”un şansları daha çoxdu. Amma bununla bağlı birmənalı danışmaq üçün tezdi. Çünki təcrübəli heyətə malik “Zirə” də həmin yer uğrunda mübarizəni davam etdirəcək. Dördüncü sıraya isə “Neftçi” daha yaxındı. “Ağ-qaralar” son iki oyunda xal itirib işini çətinləşdirsə də, şansları var. Sürpriz nəticələrin qeydə alınması mümkündü. “Sabah”la “Qarabağ” autsayderlərlə oyunda xal itirə bilər. Kəsəsi, hələ yalnız ilk iki pillənin sahibi haqda daha dəqiq danışmaq mümkündü. Qalan yerlərlə bağlı məsələyə zaman aydınlıq gətirəcək”.

KƏNAN BAHADIR
Seçilən
37
1
football-plus.az

2Mənbələr