AZ

Paytaxtın iki rayonunda talama

Binəqədi rayonunda mağazaların birindən oğurluq edilib.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, naməlum şəxs obyekti talayaraq icarədarı 2075 manat maddi zərərə salıb.

Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı S. Aydınovu müəyyən edərək saxlayıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, o, bir müddət mağazanı kənardan müşahidə edərək açılma və bağlanma vaxtlarını dəqiqləşdirib. Daha sonra gecə saatlarında obyektin qapısını sındırmaqla, içəri daxil olaraq nağd pul, bank kartları, tütün məmulatı və digər dəyərli malları talayıb.

Qaradağ rayonunda keçirilən tədbir zamanı isə bank kartından 800 manat oğurlamaqda şübhəli bilinən 23 yaşlı Ə. İsmayılov saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır.


Telegram kanalımız
Seçilən
8
yenisabah.az

1Mənbələr