Bakı. Trend:
Bakı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On üçüncüsessiyasında (WUF13) dünyanın hər yerindən iştirakçıları qəbuletməyə tam hazırdır.
Trend xəbər verirki, bunu bu gün qarşıdan gələn foruma həsr olunmuş brifinqdəAzərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,WUF13 üzrə milli koordinator Anar Quliyev deyib.
Onun sözlərinə görə, forum urbanizasiya səviyyəsininmisligörülməmiş sürətlə artmaqda olduğu bir dövrdə keçiriləcək.
“Proqnozlara əsasən, 2050-ci ilədək dünya əhalisinin təxminən 70faizi şəhərlərdə yaşayacaq. Bu artım innovasiya, iqtisadi inkişafvə sosial transformasiya üçün mühüm imkanlar açsa da, eyni zamandaşəhər mühiti üçün ciddi çağırışlar yaradır”, - deyə Quliyev qeydedib.
O bu gün qlobal gündəliyin mərkəzində mənzil məsələsinindayandığını diqqətə çatdırıb.
“Mənzil təkcə fiziki infrastruktur deyil, həm də insanləyaqətinin, rifahın, iqtisadi imkanların və dayanıqlılığın özəyinitəşkil edir”, - deyə o bildirib.
Quliyevin sözlərinə görə, bu vəzifələrin həlli beynəlxalqqarşılıqlı fəaliyyətin yüksək səviyyəsini tələb edir.
“Biz əminik ki, mənzil və şəhər inkişafı məsələləri yalnıztexniki deyil, həm də ən yüksək səviyyədə həll tələb edən stratejiprioritetlərdir”, - deyə o əlavə edib.