Bakı.Trend:
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin TəhlükəsizGörülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləritərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində fəaliyyətgöstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlamaaparılıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumatverilib.
Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı vəsağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.
Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmıştəbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutmaqurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığımüəyyən edilib.
Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkünolmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığıtəhlükə nəzərə alınaraq, məntəqənin sıxılmış təbii qaz qurğukompleksinin istismarı Agentliyin əməkdaşları tərəfindəndayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuşaktın bir nüsxəsi obyektin cavabdeh şəxsinə təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin cavabdehşəxsi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntununaradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.