AZ

ADNSU doktorantı tədqiqat üçün Böyük Britaniyaya göndərildi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) doktorantı Gülcənnət Məmmədova universitet tərəfindən Birləşmiş Krallığa göndərilib.

AzEdu.az xəbər verir ki, gənc doktorant artıq İngiltərənin əsas universitetlərindən biri olan University of Readingdə tədqiqat işlərinə başlayıb.

G.Məmmədova Reading Universitetində tədqiqata uğurla başladığını və son illərdə öz üzərində çalışmasının faydasını gördüyünü bildirib. O, bu imkana görə ADNSU-nun rektoru Rüfat Əzizova, elmi rəhbəri Vitaliy Xutoryanskiyə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, ADNSU gənc doktorantlarını dəstəkləyir və onların elmi tədqiqat sahəsində uğur qazanmasında birbaşa iştirak edir. 

Seçilən
34
azedu.az

1Mənbələr