AZ

Tramp İrana hücumları dayandırmaq üçün Netanyahuya bir həftə vaxt verdi – Ağ Ev neftin bahalaşmasından narahatdır…



Danışıqlar masasını devirərək və İsraillə birgə plan hazırlayıb İrana hücuma başlayan ABŞ administrasiyası ilə bağlı yeni bir iddia ortaya atılıb.

İsrail mətbuatı İranda rejimin dəyişməsi ehtimalının az olduğunu və ABŞ-ın Tel-Əviv administrasiyasına İrana hücumları dayandırmaq üçün bir həftə vaxt verdiyini irəli sürüb. "Israel Hayom" qəzetinin regional siyasi mənbəyə yaydığı xəbərdə, ABŞ və İsrailin İrana hücumlarının bir həftə ərzində başa çata biləcəyi bildirilir. Xəbərdə istinad edilən siyasi mənbə, İran rejimində dəyişiklik ehtimalının az olduğunu və ABŞ-ın İsrailə hücumlarını dayandırmaq üçün cəmi bir həftə vaxt verdiyini iddia edir. Rejim dəyişikliyi üçün yerüstü əməliyyat, ya da İranda etirazların yenidən alovlanmasının vacib olduğunu bildirən mənbə, bunların yaxın gələcəkdə baş verəcəyini gözləmədiklərini deyib.

Yüksək vəzifəli mənbə, müharibənin necə qəbul edilməsi ilə bağlı ABŞ və İsrail arasında böyük bir uçurumun olduğunu da qeyd edib. Mənbə, Vaşinqtondakı rəsmilərin müharibənin neft qiymətlərinə təsirindən narahat olduğunu, İsrailin isə bunu müharibənin uğur kimi gördüyünü və alqışladığını bildirib.

Mənbə həmçinin Livan və Hizbullah məsələsinə toxunaraq bildirib ki, İsrail Hizbullahın keçmiş lideri Həsən Nəsrullahı öldürsə də, təşkilat HƏMAS kimi hələ də güclüdür.

Tahir TAĞIYEV

Seçilən
3
baki-xeber.com

1Mənbələr