BAKI, 14 mart. TELEQRAF
“Mersedes”in pilotu Corc Rassell Formula 1 üzrə Çin Qran-prisinin sprint yarışının qalibi olub.
Teleqraf xəbər verir ki, 19 dövrədən ibarət yarışda britaniyalı sürücü bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.
Fəxri kürsünün digər iki pilləsində “Ferrari” təmsilçiləri qərarlaşıblar. Şarl Lekler yarışı ikinci, onun komanda yoldaşı Lüis Hemilton isə üçüncü sırada tamamlayıb.
Sprint yarışının ilk onluğu aşağıdakı kimidir:
1. Corc Rassell (“Mersedes”)
2. Şarl Lekler (“Ferrari”) +0,674
3. Lüis Hemilton (“Ferrari”) +2,554
4. Lando Norris (“Maklaren”) +4,433
5. Andrea Kimi Antonelli (“Mersedes”) +5,688
6. Oskar Piastri (“Maklaren”) +6,809
7. Liam Louson (“Rasinq Bulls”) +10,900
8. Oliver Birman (“Haas”) +11,271
9. Maks Ferstappen (“Red Bull”) +11,619
10. Esteban Okon (“Haas”) +13,887
Yarışda Niko Hülkenberq (“Audi”), Valtteri Bottas (“Kadillak”) və Arvid Lindblad (“Rasinq Bulls”) mübarizəni vaxtından əvvəl dayandırmalı olublar.
Qeyd edək ki, Çin Qran-prisinin əsas yarışı sabah keçiriləcək.