AZ

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketə bənzər mərmi buraxdı

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketə bənzər mərmi buraxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Yaponiyanın Dəniz Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

ABŞ ordusunun açıqlamasına görə, raket buraxılışı ABŞ qüvvələri üçün təhlükə yaratmayıb. Hərbi mənbələr bildiriblər ki, buraxılan raket artıq dənizə düşüb.

Yaponiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən yayılan məlumata görə, Şimali Koreyanın buraxdığı ballistik raket Yaponiyanın eksklüziv iqtisadi zonasından kənara düşüb.

Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi isə Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən bildirib ki, Şimali Koreya şərq istiqamətində – Yapon dənizinə doğru “naməlum mərmi” atıb.

Hazırda Cənubi Koreya tərəfi raketin uçuş parametrlərini, o cümlədən uçuş məsafəsini və digər texniki göstəricilərini təhlil edir.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr