AZ

ABŞ səfirliyinə PUA hücumu: "Yaşıl zona" tam qapadıldı

İraqın paytaxtı Bağdadda yerləşən ABŞ səfirliyi martın 14-də pilotsuz uçuş aparatının (PUA) hədəfinə çevrilib.

Musavat.com xəbər verir ki, "Al Arabiya" və digər beynəlxalq agentliklərin məlumatına görə, diplomatik missiyanın ərazisində güclü partlayış baş verib və kompleksin üzərindən qara tüstü dumanı yüksəlib. İraq təhlükəsizlik xidmətinin nümayəndələri hücumun məhz səfirlik binasını və helikopter meydançasını hədəf aldığını təsdiqləyiblər. İnsidentdən dərhal sonra İraq ordusu Bağdadın mərkəzindəki, hökumət binalarının və xarici nümayəndəliklərin yerləşdiyi yüksək mühafizə olunan "Yaşıl zona"nı tamamilə giriş-çıxışa bağlayıb. Hücumun məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməsə də, ilkin şübhələr regionda aktivləşən "İraqda İslami Müqavimət" qruplaşmasına yönəlib.

ABŞ-ın Bağdaddakı səfirliyi hələlik rəsmi şərh verməsə də, bir neçə gün əvvəl diplomatik korpus tərəfindən amerikalı vətəndaşlara İraqı tərk etmələri barədə təhlükəsizlik xəbərdarlığı verilmişdi. Hazırda hadisə yerində araşdırmalar davam edir və mümkün tələfat barədə məlumatlar dəqiqləşdirilir.

Musavat.com 

Seçilən
42
musavat.com

1Mənbələr