Bakı. Trend:
Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı”naəsasən Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində1-ci səviyyəli qiymətləndirici kursu (ETC - 49 - Evaluator TrainingCourse) keçirilib.
Trend xəbər verir ki, bubarədə Müdafiə Nazirliyi məlumat yayıb.
Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkilolunan kursda Azərbaycandan 22, NATO və tərəfdaş ölkələrdən isə 30nəfər təlimatçı və dinləyici qismində iştirak ediblər. Kursmüddətində fərdi və qrup şəklində müxtəlif nəzəri və praktikiçalışmalar icra olunub.
Keçirilən kursun əsas məqsədi Alyansın Ortaq Qüvvələr Birliyinəbəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçünixtisaslı hərbi qulluqçuların sertifikatlaşdırılmasıdır.