AZ

İran uranı Rusiyaya göndərə bilər: Ağ Ev qəbul etmədi

ABŞ prezidenti Donald Tramp Rusiyanın irəli sürdüyü İranın yüksək zənginləşdirilmiş uranı Rusiyaya göndərilməsi təklifini rədd edib.

Sitat.info xəbər verir ki, bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin martın 9-da Trampla telefon danışığı zamanı İranın nüvə materialları ilə bağlı bir neçə təşəbbüs irəli sürüb. Təkliflərdən biri İranın 60% səviyyəsində zənginləşdirilmiş təxminən 450 kiloqram uranının Rusiyaya göndərilməsi olub.

Nəşrin yazdığına görə, bu addımın məqsədi ABŞ və İsrail ilə İran arasında gərginliyi azaltmaq və mümkün münaqişəni dayandırmaq variantlarından biri kimi müzakirə edilib. Ancaq Vaşinqton bu ideyanı qəbul etməyib.

60% zənginləşdirilmiş uran qısa müddətdə – bir neçə həftə ərzində – 90% səviyyəsinə, yəni nüvə silahı üçün lazım olan səviyyəyə qədər zənginləşdirilə bilər.

Nigar,

Sitat.info

Seçilən
18
1
sitat.info

2Mənbələr