AZ

Bərdədə avtomobil qəzası olub, sürücü ölüb

Bərdədə yük maşını ilə minik maşını toqquşub sürücü ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Gərənə kəndi ərazisində baş verib. Rayon sakini olan 2005-ci il təvəllüdlü Rəhimov Yadigar idarə etdiyi "VAZ"2106 markalı 09 Bk 349 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən "KamAZ"markalı yük avtomobili ilə toqquşub.
Nəticədə "VAZ"ın sürücüsü Y.Rəhimov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır

Seçilən
35
1
teleqraf.com

2Mənbələr