AZ

"Sabah" və "Qarabağ" Premyer Liqada növbəti oyunlarına çıxacaq » AzadMedia.az


"Sabah" və "Qarabağ" komandaları Misli Premyer Liqasındakı növbəti oyunlarını bu gün keçirəcəklər.

Günün ilk matçında Bakı təmsilçisi "İmişli"nin qonağı olacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. "Sabah" 56 xalla vahid liderdir. Meydan sahibləri 22 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Bu görüş saat 19:15-də başlayacaq. "Qartallar" 39 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 49 xalla 2-ci sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

14 mart

15:00. "İmişli" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.

VAR: Əliyar Ağayev.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Kifayət Mutafayeva.

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:15. "Zirə" - "Qarabağ"

Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.

VAR: Nicat İsmayıllı.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura martın 15-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0) məğlub edib.
Seçilən
28
5
azadmedia.az

7Mənbələr