“Nəhayət, yaxşı nəticə əldə etdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski deyib.
26 yaşlı polşalı qolkiper Premyer Liqanın XXIII turunda “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etdikləri görüşlə bağlı danışıb:
“Altı qol vurduq və qapımızı toxunulmaz saxladıq. Mən çox xoşbəxtəm. Əlbəttə, üç xal bizim üçün çox vacibdir.
Çox sevinirəm və arzu edirəm ki, komandamız növbəti oyunda da eyni cür və ya daha yaxşı oynasın”.
2024-cü ildə “Qarabağ”a transfer olunan Mateuş Koxalskinin müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.