AZ

Tramp: “İran İsraili tamamilə məhv etmək istəyirdi, indi özü məhv oldu ” - Qorxunc açıqlama

ABŞ prezidenti Donald Trump İranla bağlı daha bir sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşdığı mesajda İranın regionla bağlı planlarının artıq iflasa uğradığını bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Tehran Yaxın Şərqi tam nəzarət altına almaq və Israel dövlətini məhv etmək niyyətində idi.

Tramp paylaşımında belə yazıb:

“İranın bütün Yaxın Şərqi ələ keçirmək və İsraili tamamilə məhv etmək planları var idi. İranın özü kimi, həmin planlar da artıq ölüdür.”

Musavat.com bildirir ki, bu gecə İran, Tehran şəhəri də daxil olmaqla, səhərə qədər misli görülməmiş şəkildə bombalanıb.

Musavat.com

Seçilən
15
1
musavat.com

2Mənbələr