Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İranın Xarq Adasını hədəf aldıqlarını bildirərək, "oradakı bütün hərbi hədəflərin tamamilə məhv edildiyini" iddia etdi.
Bizimyol.info "AA"ya istinadən xəbər vrir ki, ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq tarixinin ən intensiv hava hücumlarından birini həyata keçirdiyini iddia edən Tramp: "İranın ən dəyərli aktivi olan Xarq Adasındakı bütün hərbi hədəflərin tamamilə məhv edildi", - deyə qeyd edib.
Tramp adanın neft infrastrukturuna hücum etməməyi üstün tutduğunu, lakin gəmilərin Hörmüz boğazından sərbəst və təhlükəsiz keçidinə mane olarsa, bu qərarı yenidən nəzərdən keçirəcəyini bildirib.
ABŞ-ın hücumlarından sonra adada 15-dən çox partlayış səsi eşidilib, lakin neft infrastrukturuna zərər dəymədiyi qeyd edilib. Hücumların İran Ordusunun hava hücumundan müdafiə sisteminə, Cəvşən Dəniz Bazasına, hava limanının idarəetmə qülləsinə və kontinental şelf helikopter anqarına zərər vurmaq məqsədi daşıdığı bildirildi.
Qatı tüstü müşahidə edilən Xark Adasında hava hücumundan müdafiə sisteminin bir neçə saat sonra işə salındığı bildirildi.
Qeyd edək ki, İsrail və ABŞ Tehranla Vaşinqton arasında danışıqların davam etdiyi bir vaxtda, 28 fevralda İrana hərbi hücuma başlayılar.
İran İsrail, Qətər (ABŞ bazalarının yerləşdiyi yer), Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə hücumlarla cavab verib.
ABŞ-İsrail hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei və bir çox digər yüksək vəzifəli şəxslər həlak oldu. İran rəsmilərinin məlumatına görə, ABŞ-İsrail hücumlarında ölənlərin sayı 1348 nəfəri, yaralananların sayı isə 17 min nəfəri keçib.
Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.