AZ

Tərtərdə icra başçısının görüşündə insident: həbs olunan var

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun yerli sakinlərlə görüşündə incident yaşanıb.

Tribuna.az xəbər verir ki, hadisə rayonun Yuxarı Sarıcalılar kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri ilə görüş zamanı 1985-ci il təvəllüdlü sakin tədbiri pozaraq, ona müdaxilə edib. Məlumatlara görə, o, tədbirin gedişatına maneə törətməklə, ictimai qaydanı pozub.
Qeyd eddilir ki, insidentdən dərhal sonra əraziyə polis əməkdaşları gəlib. Həmin şəxs saxlanılaraq, Tərtər Polis Şöbəsinə gətirilib. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ittiham elan edilib. Tərtər Rayon Məhkəməsinin qərarı ilə kənd sakini 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Seçilən
43
yenilik.az

1Mənbələr