AZ

Bu rusların AB ölkələrinə girişi qadağan olunur Məktub

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa Birliyinin bəzi ölkələrinin liderləri Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmiş Rusiya vətəndaşları üçün viza qaydalarının sərtləşdirilməsi üçün çağırış ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Politiko”nəşri məlumat yayıb.

Məlumata görə, bununla bağlı məktub Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Leyenə ünvanlanıb. Məktubu Almaniya kansleri Fridrix Merz və Polşanın Baş naziri Donald Tusk da daxil olmaqla 8 Avropa lideri imzalayıb.

Sənəddə qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə sərbəst hərəkət rejiminin tətbiq olunduğu Şengen zonasının daxili təhlükəsizliyi üçün uzunmüddətli risklər yarada bilər.

Məktub müəllifləri xəbərdarlıq ediblər ki, demobilizasiya olunmuş rus hərbçiləri və ya rotasiya üçün cəbhədən qayıdanlar Avropa Birliyi ölkələrinə getməyə cəhd edə bilərlər. Bu isə təşkilatlanmış cinayətkarlığın, zorakı hüquq pozuntularının və ya düşmən dövlətlərlə bağlı fəaliyyətlərin artmasına səbəb ola bilər.

“Xüsusi narahatlıq doğuran məqam ondan ibarətdir ki, rus hərbçilərinin əhəmiyyətli hissəsi həbsxanalardan cəlb olunub”, – məlumatda vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
axar.az

1Mənbələr