AZ

Bakıda yaşayış binasında güclü YANĞIN BAŞLADI

Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Polis əməkdaşları tərəfindən əraziyə nəzarət təmin edilir və təhlükəsizlik tədbirləri görülür.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Seçilən
58
yenilik.az

1Mənbələr