AZ

ABŞ İran dronlarını tutmağın yolunu tapdı

ABŞ Yaxın Şərqə süni intellektlə işləyən təxminən 10 min dron-kəsici göndərib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, söhbət əvvəllər Ukrayna müharibəsində hazırlanaraq istifadə edilən "Merops" adlı dronlardan gedir. Bu qurğular əsasən digər pilotsuz uçuş aparatlarını havada məhv etmək üçün nəzərdə tutulub.

Belə dron-kəsicilərin qiyməti təxminən 14–15 min dollardır ki, bu da ənənəvi hava hücumundan müdafiə raketləri ilə müqayisədə xeyli ucuzdur. ABŞ-nin məqsədi mümkün hücumlar zamanı bahalı raket ehtiyatlarını sərf etmədən müdafiəni təmin etməkdir.

Bildirilir ki, bu addım əsasən İran tərəfindən həyata keçirilə biləcək pilotsuz aparat və raket hücumlarını dəf etmək məqsədi daşıyır.

Seçilən
55
publika.az

1Mənbələr