BAKI, 14 mart. TELEQRAF
ABŞ Dövlət Departamenti Omanda çalışan amerikalı diplomatların və dövlət qulluqçularının bir hissəsinə ölkəni tərk etməyi tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət idarəsinin yaydığı bildirişdə qeyd olunub.
Məlumata görə, qərar ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat fonunda təhlükəsizlik risklərinin artması ilə əlaqədardır.
Sənəddə bildirilir ki, fövqəladə vəzifələrə aid olmayan tapşırıqları yerinə yetirən ABŞ dövlət qulluqçuları və onların ailə üzvləri təhlükəsizlik təhdidi səbəbindən Omanı tərk etməlidirlər.
Bildirişdə ABŞ vətəndaşlarına da Oman səfərləri ilə bağlı planlarını yenidən nəzərdən keçirmək tövsiyə olunub. Qeyd edilir ki, İran tərəfindən raket və pilotsuz uçuş aparatları ilə mümkün zərbələr, eləcə də terror aktları təhlükəsi mövcuddur.
ABŞ vətəndaşlarına xüsusilə Oman-Yəmən sərhədinə yaxın ərazilərə səfər etməmək tövsiyə edilir.