Bakı. Trend:
Dünya Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) Suriyaya20 milyon dollar məbləğində qrant ayırıb.
Trend xəbər verirki, bunu Suriyanın maliyyə naziri Məhəmməd Yusr Bərniyəbildirib.
Qeyd olunub ki, Suriyaya təqdim olunan bu ikinci qrant dövlətvəsaitlərinin istifadəsinin səmərəliliyini, şəffaflığını vəhesabatlılığını artırmağı hədəfləyir. Qrantın əsaskomponentlərindən biri nazirlik daxilində maliyyə yardımlarınınidarə olunması üçün “SEAFS” adlı bölmənin yaradılmasıdır. Bu bölməmilli və beynəlxalq layihələrin koordinasiyasını həyata keçirəcək,müxtəlif kanallar vasitəsilə təqdim edilən maliyyə yardımlarınanəzarəti və maliyyə intizamını gücləndirəcək.
Nazir bildirib ki, Dünya Bankının İcraçı Direktorlar ŞurasıSuriyada dövlət maliyyəsinin idarə edilməsinin gücləndirilməsiistiqamətində atılan addımları dəstəkləyir. O əlavə edib ki,Səhmdarlar Şurasının növbəti iclasında dəyəri 1 milyard dollardançox olan və müxtəlif sektorları əhatə edən qrant layihələrimüzakirə olunacaq. Nazir həmçinin iclasın gündəliyinə ölkəsindəkivəziyyətin müzakirəsinin də salınacağına ümid etdiyinibildirib.
Qeyd edək ki, Dünya Bankı ötən il iyunun 25-də Suriyada elektriktəchizatını yaxşılaşdırmaq və iqtisadi vəziyyətin yaxşılaşmasınıdəstəkləmək məqsədilə 146 milyon dollar məbləğində ilk qrantıtəsdiqləmişdi.