Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Naxçıvan, 14 mart, AZƏRTAC
Cari ilin yanvar-fevral aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 245 milyon 974 min 800 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.
Ticarət şəbəkəsində 126 milyon 923 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 119 milyon 51 min 800 manatlıq qeyri-qida məhsulları satılıb.
Müxbir- Nail Əsgərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.