AZ

Bəsic qüəvvələri qəfil Tehran tunellərində yoxlamalara başladı – Böyük hücuma qarşı hazırlıq - Video

İranda müxalif mənbələrin yaydığı məlumata görə, paytaxt Tehran şəhərində Bəsic qüvvələri bir sıra tunellərdə blokpostlar qurmağa başlayıb.

Musavat.com xəbər verir ki, məlumatlara əsasən, bu addım mümkün hava hücumları ilə bağlı təhlükəsizlik narahatlıqları fonunda atılıb. Bildirilir ki, şəhərin əsas avtomobil tunellərində nəqliyyat vasitələri dayandırılaraq yoxlanılır və bəzi strateji keçidlərdə əlavə nəzarət tədbirləri tətbiq olunur.

Mənbələr bildirir ki, Bəsic qüvvələri paytaxtın yeraltı nəqliyyat infrastrukturu üzərində nəzarəti gücləndirməyə çalışır. Yayılan məlumatlara görə, belə tədbirlər həm mümkün hava zərbəsi təhlükəsi zamanı əhalinin hərəkətinin tənzimlənməsi, həm də təhlükəsizlik risklərinin minimuma endirilməsi məqsədi daşıya bilər.

 

Musavat.com

Seçilən
68
musavat.com

1Mənbələr