AZ

“Bu insanlar ömrünüzü qısaldır...”

“Həyatınızdakı neqativ insanlar təkcə əhvalınızı pozmur, həm də ömrünüzü qısaldır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dyuk Universitetinin yeni araşdırmasında qeyd edilib.

Bildirilib ki, ətrafınızdakı hər bir problemli insan həyatınızdan illər oğurlaya bilər.

Belə ki, həyatınızdakı hər əlavə problem yaradan amil bioloji qocalma sürətini 1,5% artırır və bu da bədəninizin təxminən 9 ay qocalmasına səbəb olur.

Tüpürcək nümunələrindən əldə edilən DNT metilasiyası (bioloji saat) məlumatlarına əsaslanan bu analiz, xroniki stressin hüceyrə səviyyəsində necə zərər verdiyini sübut edib.

Tədqiqatlar göstərir ki, bütün mənfi münasibətlər eyni səviyyədə zərər vermir. Xüsusilə ailə üzvləri və ya həyat yoldaşları ilə bağlı problemlər bioloji qocalma prosesinə daha güclü şəkildə təsir edir.

Qadınlar sosial əlaqələrə verdikləri əhəmiyyətə görə stress faktorlarından daha çox təsirlənirlər.

Seçilən
107
bakivaxti.az

1Mənbələr