“Atletiko”nun yarımmüdafiəçisi Pablo Barrios zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçu məşq zamanı əzələsində ağrı hiss etdiyi üçün xəstəxanaya aparılıb. O, ötən ay İspaniya Kubokunda Betislə oyunda da zədələnmişdi.
Barrios bu mövsüm “Atletiko” heyətində 21 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.