AZ

Orban Avropada xaos elan etdi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Hazırda Avropada yeni dünya nizamına keçid səbəbindən xaos hökm sürür.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban TASS agentliyinə bildirib.

Orban bu qənaətə avropalı həmkarları ilə, o cümlədən Brüsseldəki sammitlərdə görüşlərdən sonra gəldiyini bildirib. O hesab edir ki, Avropanın hazırkı vəziyyəti çətin iqtisadi vəziyyət və yeni qaydalarla oynamaq istəməməsi ilə bağlıdır.

“Bu prosesin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin müəyyən faktlar bizi bir-iki il əvvəl yaşadığımız dünyanın məntiqindən imtina etməyə və bu günə uyğun düşünməyə başlamalı olduğumuz gələcəyin məntiqini anlamağa sövq etməlidir”, – deyə baş nazir qeyd edib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr