Bakı. Trend:
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatıdavam edir.
Trend xəbər verirki, yarışın 5-cü günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və130 kq-da yer alan pəhləvanlarımız mübarizəyə start verib.
Fərid Sadıxlı (55 kq) çexiyalı Filip Bartoşikə tam üstünlüklə(9:0), rumıniyalı Denis Florin Mihaya 5:2 hesabıyla qalib gələrəkyarımfinala yüksəlib. Təmsilçimiz həlledici görüşdə gürcüstanlıKoba Karumidzeni isə sonuncu xal prinsipinə əsasən üstələyib – 3:3.Fərid sabah finalda rusiyalı Alibek Amirovla qarşılaşacaq.
İlkin Qurbanov (63 kq) türkiyəli Enes Ülkünü (6:4) mübarizədənkənarlaşdırsa da, 1/4 finalda moldovalı Vitali Yeryomenkoya (1:5)məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəllivericigörüşə çıxacaq. Rəqib fransalı Lukas Qrasso olacaq.
Rəvan Nuriyev (77 kq) ilk mərhələdə belaruslu Kiril Valevskiyə(1:4), Səid Axundzadə (87 kq) 1/8 finalda rumıniyalı Patrik Qordana(5:9), Ayxan Mərdanov (130 kq) isə təsnifat mərhələsindəyunanıstanlı Axiles Xrisidisə (0:3) uduzub.