AZ

"Futbolçularımdan razıyam" - Ayxan Abbasov

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Şamaxı" səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov fikirlərini jurnalistlərlə bölüşüb:

"Maraqlı oyun oldu. Turnir cədvəlindəki vəziyyətə görə hər iki komanda qalib gəlmək istəyirdi. Sərt və mübarizəli bir qarşılaşma idi. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu atmosferdə oynamaq çempionatımıza rəng qatır. Futbolçularımdan razıyam. Həm gənc futbolçularımızın, həm də legionerlərin komandaya belə xeyir verməyi məni sevindirir. Bundan artığını da etmək olar. Milli fasiləsinə qədər 1 oyunumuz qaldı. Həqiqətən yorulmuşuq. Amma istəməzdim fasilə olsun."

Seçilən
20
1
fanat.az

2Mənbələr