AZ

Sosial media fenomeni evində ölü tapıldı

“İşte Benim Stilim” yarışmasının iştirakçısı 27 yaşlı Ayşegül Eraslan sosial media hesabında paylaşım etdikdən sonra evində ölü tapılıb.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə mediasında gənc fenomenin ölümündən əvvəl yazdığı və sosial media hesabında paylaşdığı əlyazma qeydinin məzmunu açıqlanıb.

Ayşegül Eraslan: “Bilirəm ki, bəzi şeyləri izah etmək mümkün deyil. Ya həssasam, ya da həyatın reallıqları çox pisdir. Tək istədiyim odur ki, itlərimə yaxşı baxasınız”-yazıb.

Moda dizayneri və sosial media məşhuru Ayşegül Eraslan bu gün səhər saatlarında İstanbulun Kağıthane bölgəsindəki evində ölü tapılıb.

Polis qruplarının araşdırmasından sonra Eraslanın cəsədi Məhkəmə Tibbi Ekspertiza İnstitutunun morquna aparılıb.

Hadisə saat 00:00 radələrində ə baş verib. Əldə edilən məlumata görə, Ayşegül Eraslanla əlaqə saxlaya bilməyən qohumları onun evinə gəliblər. Qapını döyəndə heç kim cavab verməyib. Bundan sonra qohumları hadisəni polisə bildiriblər. Polis hadisə yerinə gəlib içəri girəndə Ayşegül Eraslanı hərəkətsiz vəziyyətdə tapıb.

O, həmçinin öz əl yazısı ilə yazılmış və üzərində ləkələr olan bir qeyd paylaşıb.

Cinayət yeri araşdırma qrupları və dövlət prokuroru tərəfindən aparılan araşdırmadan sonra Ayşegül Eraslanın cansız bədəni dəfn maşını ilə Məhkəmə Tibbi Ekspertiza İnstitutunun morquna aparıllb. Məlum olub ki, ölümündən bir müddət əvvəl Eraslan sosial media hesabında: “Paylaşa bilməyəcəyim, bilmədiyiniz, sizə demədiyim şeylər olacaq. Bildiyim tək şey odur ki, mən çox yaxşı insan idim. Heç vaxt heç kimə pislik etməmişəm”-başlıqlı paylaşım edib.

“Bilirəm ki, bəzi şeylər təsvir edilə bilməz. Bu, dəhşətlidir. Uşaqlıq xatirəsi… Birləşdirildikdə çox çətindir… Ya mən çox həssasam, ya da həyatın reallıqları çox sərtdir. Tək istədiyim odur ki, itlərimə yaxşı baxasınız. Həyatımda həmişə insanlara dəyər vermişəm. Həmçinin atamdan üzr istəyirəm. Sən mənə anam qədər yaxın idin. Bu həyatda heç vaxt nə ana, nə də ata sevgisi yaşamamışıq… Çox zorakılıqla böyümüşük.” /Sfera.az/

Seçilən
56
nocomment.az

1Mənbələr