AZ

Kuba ABŞ embarqolarına baxmayaraq, neft idxalını davam etdirmək niyyətindədir

Kuba Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən tətbiq edilən mövcud embarqo fonunda belə milli iqtisadiyyat üçün kritik rol oynayan neft idxalından imtina etmək niyyətində deyil.

“İki sahil”in EFE informasiya agentliyinə istinadən məlumatına görə, bu barədə cümə günü Kubanın dövlət başçısı Migel Dias-Kanel bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun tətbiq etdiyi neft embarqosu nəticəsində ada dövləti artıq üç aydır yanacaq tədarükündən məhrumdur. Havana öz neft hasilatına və bərpa olunan enerji resurslarının inkişafına vurğu edir. Bununla belə, bu mənbələr respublikanın ehtiyaclarının yalnız təxminən üçdə birini örtməyə qadirdir - dövlət son dərəcə mürəkkəb şəraitdə işləməyə davam edir ki, bu da əhalinin gündəlik həyatına ən ciddi şəkildə təsir göstərir.

Dias-Kanel həmçinin bəzən eyni vaxtda adanın yarıdan çox ərazisini əhatə edən uzunmüddətli elektrik kəsintilərinə də işarə edib.

Agentlik qeyd edib ki, yaranmış vəziyyətdə Kuba hökuməti ciddi yanacaq buraxılış normaları müəyyən edib, ictimai nəqliyyatın işi minimum səviyyəyə endirilib, təhsil müəssisələrində əyani təhsil dayandırılıb, dövlət strukturları distant rejimə keçirilib, iş yerlərində məcburi mövcudluq saatları isə əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

Seçilən
13
1
ikisahil.az

2Mənbələr