AZ

Bual Moninder: Siqh hərəkatı beynəlxalq səviyyədə dəstəklənməlidir

Cenevrə, 13 mart, AZƏRTAC

Siqh Federasiyasının sədri Bual Moninder Singh beynəlxalq ictimaiyyəti həm Hindistanda, həm də diasporda Dehli tərəfindən repressiyalara məruz qalan siqhlərə dəstək məqsədilə səylərini gücləndirməyə çağırıb.

AZƏRTAC-a müsahibəsində o bildirib ki, Hindistan hökumətinin həyata keçirdiyi siyasət fonunda siqh xalqının öz müqəddəratını təyin etmək hüququ uğrunda mübarizəsinin dəstəklənməsi vacibdir. O, bu istiqamətdə göstərilən dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib.

Qeyd edib ki, insan və azlıqların hüquqları universaldır və BMT Nizamnaməsində təsbit olunub.

“Vətəndaşlarına qarşı etnik, dini və ya digər əsaslarla təqib siyasəti həyata keçirən dövlət siyasi məsuliyyət daşımalıdır”, – deyə o vurğulayıb.

 
Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Seçilən
71
1
azertag.az

2Mənbələr