AZ

ABŞ İranın ali lideri və digər rəsmilər barədə məlumata görə 10 milyon dollara qədər mükafat vəd edir » AzadMedia.az

ABŞ

ABŞ İranın ali lideri və digər rəsmilər barədə məlumata görə 10 milyon dollara qədər mükafat vəd edir


ABŞ-ın Dövlət Departamenti İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun bölmələrinin əsas rəhbərləri barədə məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat təklif edib.

Məlumata görə, ABŞ bu çərçivədə bir sıra yüksək vəzifəli İran rəsmiləri haqqında məlumat toplamağa çalışır. Axtarılan şəxslər arasında İranın yeni ali lideri Müctəba Xamenei, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Laricani və ölkənin daxili işlər naziri İskəndər Mömini də var.

Bildirilib ki, təqdim ediləcək məlumatlar SEPAH rəhbərliyinin fəaliyyəti və onun strukturları haqqında olmalıdır. ABŞ tərəfi bu məlumatların əldə olunmasını prioritet hesab edir.

Seçilən
68
1
azadmedia.az

2Mənbələr