AZ

Misli Premyer Liqasında XXIV tura iki oyunla start verilib

Bakı, 13 mart, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XXIV tura start verilib.

AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçında “Araz-Naxçıvan” autsayder “Karvan-Yevlax”ı qəbul edib. Görüş Naxçıvan klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Digər oyunda isə “Sumqayıt” öz meydanında “Şamaxı”nı sınağa çəkib. Matç bölgə təmsilçisinin üstünlüyü ilə başa çatıb - 1:0.

Bu nəticədən sonra “Araz-Naxçıvan” 36 xalla 5-ci, “Sumqayıt” 31 xalla 6-cı, “Şamaxı” 30 xalla 8-ci, “Karvan-Yevlax” isə 8 xalla sonuncu - 12-cidir.

Qeyd edək ki, turun digər qarşılaşmaları martın 14-15-də keçiriləcək.

Seçilən
69
2
azertag.az

3Mənbələr