AZ

Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar VƏD EDİLDİ

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ İranın yeni ali rəhbəri Müctəba Xamenei ilə bağlı məlumat toplayanlara böyük məbləğdə mükafat təklif edib.

Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamenti cümə günü yaydığı açıqlamada Müctəba Xamenei haqqında etibarlı məlumat verən şəxslərə 10 milyon dollar mükafat veriləcəyini bildirib.

Qeyd olunub ki, söhbət onun yeri və fəaliyyəti barədə dəyərli informasiya təqdim edən şəxslərin mükafatlandırılmasından gedir.

ABŞ prezidenti Donald Tramp isə daha əvvəl açıqlamasında Müctəba Xameneinin son müharibə zamanı yaralandığını, lakin hələ də sağ olduğunu bildirmişdi. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
4
icma.az

5Mənbələr