AZ

Maşın alverçilərinə pis xəbər Maşının yürüşünü geri çəkənlər...

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə ikinci əl avtomobil bazarında kilometrin dəyişdirilməsi və sıfırlanması hiylələri geniş yayılıb. Bu fırıldaqlara qarşı xüsusi sorğu xidməti hazırlanıb. Vətəndaşlar nömrə və ya şassi nömrəsini daxil etməklə avtomobilin texniki baxış tarixçəsinə və faktiki yürüş məlumatlarına saniyələr ərzində çıxış əldə edə bilirlər. Xidmətin istifadəsi sadə və sürətlidir. Tətbiqdən bu günə qədər 16 milyondan çox insan yararlanıb. Sistem mümkün fırıldaqların qarşısını almağı hədəfləyir.Mövzu ilə bağlı fikirlərini bölüşən avtomobil üzrə ekspert Elgiz Mehdiyev Demokrat.az-a deyib ki, ikinci əl avtomobil bazarında kilometrin dəyişdirilməsi artıq açıq-aşkar problemdir:“Alıcıların ən çox aldandığı məqam da məhz budur. Bir maşının real yürüşü onun texniki vəziyyəti, təhlükəsizliyi və real qiyməti barədə əsas göstəricidir. Xaricdə tətbiq olunan bu cür sorğu sistemləri məhz bu boşluğu doldurur və bazarda şəffaflığı artırır. Azərbaycanda belə bazanın yaradılması texniki baxımdan mümkündür, sadəcə sistemli yanaşma çatışmır. Əslində ölkə daxilində texniki baxışlar, sığorta hadisələri, servislərdə aparılan təmir qeydləri haqqında məlumat var. Problem ondadır ki, bu məlumatlar vahid bazada birləşdirilmir və vətəndaş üçün açıq deyil. Hazırda smsradar vasitəsilə yalnız qəza faktını öyrənmək mümkündür, amma avtomobilin yürüş tarixçəsi, əvvəlki baxış göstəriciləri və qəza görüntüləri barədə məlumat almaq mümkün deyil”.O bildirib ki, belə bir sistem tətbiq olunsa, həm alıcı, həm satıcı, həm də bazar üçün əla olar:“Fırıldaqların qarşısı alınar, yaxşı vəziyyətdə olan avtomobillər dəyərini itirməz, kilometri geri çəkilən maşınlar isə bazardan tədricən sıxışdırılıb çıxarılar. Üstəlik, bu, yol təhlükəsizliyinə də birbaşa təsir edər, çünki real yürüşü bilinməyən avtomobil potensial risk deməkdir. Burada məsələ texnologiyada yox, qərar və koordinasiyadadır. Dövlət qurumları, sığorta şirkətləri və servis mərkəzləri arasında vahid məlumat bazası yaradılsa, Azərbaycanda da saniyələr içində avtomobilin keçmişini görmək tam realdır”.Həmçinin oxu:

'İşte Benim Stilim'in iştirakçısının meyiti tapıldı — FOTOLAR

Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb

Bakıda şərab evlərində satılır — Ölüm riski varLeyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
demokrat.az

1Mənbələr