AZ

“Mənim stilim” şousunun ulduzu Ayşəgül Eraslan evində ÖLÜ TAPILDI – FOTO

“Mənim stilim” şousunun ulduzu Ayşəgül Eraslan intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Mənim stilim” şousu ilə tanınan Ayşəgül Eraslan İstanbuldakı evində ölü tapılıb. Mərhumun intihardan əvvəl vida məktubu yazdığı məlum olub.

O, məktubunda bunları qeyd edib:

“Mən həssasam, yoxsa həyat həqiqətən də qəddardır? Tək istəyim budur: itlərimə yaxşı baxın. Həyatım boyu insanlara dəyər vermişəm.

Atamdan da üzr istəyirəm. Bu həyatda nə ana, nə də ata sevgisi görmüşəm, böyük qəddarlıq içində böyümüşəm.

Bölüşə bilmədiyim, bilmədiyiniz, sizə danışmadığım şeylər var. Tək bildiyim odur ki, mən çox yaxşı insan olmuşam. Heç kimə pislik etməmişəm”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr