AZ

Səfir iddia edir: Türkiyəyə raket İrandan atılmayıb



İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibollazadə ölkəsinin Türkiyənin hava məkanında vurulan raketlərlə bağlı hadisələrdə iştirak etmədiyini və birgə işçi qrupu tərəfindən araşdırmanın aparılmasını gözlədiyini bildirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, səfir Türkiyənin milli suverenliyinə hörmətlə yanaşdıqlarını deyib:

"Bu baxımdan, Silahlı Qüvvələrimiz, Baş Qərargahımız və Xarici İşlər Nazirliyimiz əvvəllər Türkiyənin raket və ya sursatla atəşə tutulmasını təkzib edən bir bəyanat yaymışdı. Bu vəziyyəti həll etmək və fikir ayrılıqlarını aradan qaldırmaq üçün hadisəni daha ətraflı araşdırmaq üçün texniki qrup yaratmağı təklif etdik. Çünki bunun necə baş verdiyinə də əmin deyilik. Bizim fikrimizcə, bu hərəkətlər üçüncü tərəfdən törədilə bilərdi və bu üçüncü tərəflərin səyləri ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinə zərər verməyə yönəlib. Biz bu təklifi vermişik, amma hələ də onun həyata keçirilməsini gözləyirik", - deyə səfir Ankarada jurnalistlərə bildirib.

Anar
Seçilən
28
1
newscenter.az

2Mənbələr