AZ

Masalıda ağacəkmə aksiyaları davam etdirilir

Masalıda ağacəkmə aksiyaları davam etdirilir

 

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Masalı şəhəri, Təklə dairəsi, Boradigah qəsəbəsi və Mişkəmi kəndi ərazilərində ağacəkmə aksiyaları keçirilib.
Aksiyalarda Masalı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mart ayının əvvəlindən təşkil olunan aksiyalar çərçivəsində 1200 ədəd eldar şamı, sərv, göyrüş və dəmir ağacı əkilib, həmçinin 15 kiloqram cücərdilmiş palıd qozası torpağa basdırılıb.
Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və rayon ərazisində yaşıllıq sahələrinin artırılması məqsədi daşıyan aksiyaların davam etdirildiyi bildirilir.

 

Akif AĞAYEV
 

Seçilən
49
qht.az

1Mənbələr