Stavropolda kişi pitbaykın səsindən qıcıqlanaraq uşağı güllələyib.
İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.
Stavropol diyarının 58 yaşlı sakini uşaqların idarə etdiyi pitbaykın çıxardığı gurultulu səsdən narahat olaraq dəhşətli addım atıb.
Belə ki, həmin şəxs uşaqlar evin yanından keçərkən pəncərədən pnevmatik tüfənglə atəş açıb.
Nəticədə 11 yaşlı oğlan göz nahiyəsindən ağır xəsarət alıb. Uşağa vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisədən sonra kişi cinayət aləti olan tüfəngi təsərrüfat tikilisində gizlətməyə çalışıb.
Faktla bağlı şübhəli şəxsə qarşı cinayət işi başlanılıb və o, həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az