AZ

İnsulin dirənci üçün effektiv bitklər



İnsulin dirənci son illərdə çox yayılmış metabolik problemlərdən biridir.

Bu vəziyyətdə bədənin hüceyrələri insulin hormonuna lazımi cavab vermir və nəticədə qanda şəkərin səviyyəsi yüksələ bilər. Uzun müddət davam etdikdə bu vəziyyət 2-ci tip şəkərli diabet, artıq çəki və hormonal pozuntular riskini artırır.


Düzgün qidalanma və fiziki aktivlik əsas rol oynasa da, bəzi bitki çayları və təbii qarışıqlar insulin həssaslığını yaxşılaşdırmağa kömək edə bilər.

"Medicina.az" faydalı bitkiləri və çayları təqdim edir:

1. Darçın çayı

Darçın qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edən ən məşhur təbii vasitələrdən biridir.

Faydaları:
insulin həssaslığını artırır
qanda şəkərin yüksəlməsini yavaşladır, şirniyyat istəyini azalda bilər

Hazırlanması:

1 çubuq darçın və ya yarım çay qaşığı darçın tozu bir stəkan qaynar suda 10 dəqiqə dəmlənir.

2. Zəncəfil çayı

Zəncəfil maddələr mübadiləsini aktivləşdirir və iltihabı azaldır.

Faydaları:

qlükozanın hüceyrələrə daxil olmasına kömək edə bilər
həzmi yaxşılaşdırır, metabolizmi sürətləndirir

Hazırlanması:

Bir neçə dilim təzə zəncəfil qaynar suda 10 dəqiqə dəmlənir.

3. Yaşıl çay

Yaşıl çay antioksidantlarla zəngindir və maddələr mübadiləsini dəstəkləyir.

Faydaları:

insulin həssaslığını yaxşılaşdırmağa kömək edə bilər
yağ yandırılmasını artırır
enerji verir



4. Qarabaşaq otu (fenugreek) çayı

Bu bitki ənənəvi tibbdə qanda şəkəri tənzimləmək üçün istifadə olunur.

Faydaları:
karbohidratların sorulmasını yavaşlada bilər
insulin funksiyasını dəstəkləyə bilər

Aygün Musayeva


Seçilən
19
1
medicina.az

2Mənbələr