AZ

Qazaxıstan QHT-ləri vətəndaşları referenduma çağırıb

Qazaxıstanda bir sıra qeyri-hökumət təşkilatları vətəndaşları martın 15-də keçiriləcək respublika referendumunda fəal iştirak etməyə çağırıblar.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi yayıb.

Bildirilib ki, çağırış Qazaxıstan Vətəndaş Alyansı, Milli Könüllülər Şəbəkəsi, Qazaxıstan Tələbələr Alyansı, Tibb Gəncləri, eləcə də Janaru Ümumxalq Antikorrupsiya Hərəkatı və digər təşkilatlar tərəfindən edilib.

 

Vətəndaş cəmiyyəti nümayəndələri qeyd ediblər ki, referendum vətəndaşların iradəsini birbaşa ifadə etməsi üçün mühüm mexanizmlərdən biridir və ölkənin ictimai-siyasi həyatında əhalinin iştirak formalarından sayılır.

Bundan əlavə bildirilib ki, müxtəlif gənclər, sosial, ekoloji və ekspert təşkilatları ictimai məkanlarda və sosial şəbəkələrdə referendumla bağlı vətəndaşların məlumatlılığını artırmaq məqsədilə maarifləndirici fəaliyyət həyata keçirirlər.

Zəhra Ağayeva

Seçilən
35
qht.az

1Mənbələr