Bakı. Trend:
Rusiyanın Sankt-Peterburq şəhərində deflimpiya karateçiləriarasında beynəlxalq turnir keçirilib.
Trend xəbər verirki, Azərbaycanın deflimpiya karateçiləri turnirdə üç idmançı ilətəmsil olunublar. Yarışda Qasımzadə Elnur (-67 kq), Əlizadə Ələkbər(-75 kq) və Sahibli Sahib (-84 kq) iştirak ediblər.
Yarışın nəticələrinə əsasən, Elnur Qasımzadə fərdi kateqoriyadabürünc medal qazanıb. Komanda döyüşlərində isə Azərbaycan yığmakomandası gümüş medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycan milli komandası turnirdə AzərbaycanKarate Federasiyasının deflimpiya üzrə baş məşqçisi SeymurXudaverdiyev və hakim Şahin Xudaverdiyevin rəhbərliyi ilə iştirakedib.