ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya XİN Britaniya və Fransa səfirlərini nazirliyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Buna səbəb Ukrayna Silahlı Qüvvələrinin Bryansk şəhərinə fransız-britaniya istehsalı raketlərlə hücum etməsi olub.
Qeyd olunur ki, səfirlər Naycel Kesini və Nikola de Rivyeraya qəti etiraz ifadə edilib.
“Britaniya və Fransanın bu terror aktında birbaşa iştirak edib. Bizə aydındır ki, Bryanskın raketlə vurulması britaniyalı və fransız mütəxəssislərin iştirakı və kəşfiyyat məlumatlarının ötürülməsi olmadan mümkün deyil”, XİN-in açıqlamasında bildirilir.
“Əgər London və Paris Kiyev ilə əməkdaşlığı davam edərsə, konfliktin dağıdıcı nəticələrinə və gərginliyin artmasına görə məsuliyyət birbaşa bu Avropa paytaxtlarının üzərinə düşəcək”, – deyə səfirlərə xəbərdarlıq edilib.
Rusiya tərəfi Britaniya və Fransadan Ukrayna Silahlı Qüvvələrinin Bryansk şəhərində törətdiyi hadisəni açıq şəkildə pisləyən sərt və qəti reaksiyanın verilməsini tələb edib.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.