Misli premyer-liqasının 24-cü turunda “Araz-Naxçıvan” evdə “Karvan-Yevlax”a qalib gəldi - 2:1. “Football-plus.az” Andrey Demçenkonun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.
- Bu gün 3 xal qazandıq, bu çox yaxşıdı. İlk hissə bizim üçün uğurlu oldu, yaxşı qollar vurduq. Təsadüf deyildi. İkinci hissədə buraxdığımız qol səhvimizdən oldu. Belə oyunlarda qələbəni saxlamalıyıq. İkinci yarıda da epizodıarımız oldu, yararlana bilmədik. Buna görə də oyunun sonları gərgin keçdi. “Qarabağ”la oyunla müqayisədə futbolçuların gözündə alov var idi.
- Simakala çox epizod qaçırdı. Əvəzlənəndə aranızda mübahisə oldu. Sirr deyilsə, oynamaq istəməyənlərdən biri də Ba Muakadı?
- Ad çəkməyəcəm. Yaxşı oynamayan oyunçular özləri bilirlər. Simakala hücumçudu, qol vurmalıdı.
- Nuno Rodrigesin oyunundan razı qaldız?
- Bəli, onun yerini dəyişdik. Yaxşı oynadı.
- Avrokuboklara vəsiqə uğrunda mübarizədə olduğunuzu hiss edirsiz?
- Təbii ki. Günbəgün daha çox irəliləyirik. Materialları daha yaxşı qəbul etməyə başlayırlar. Böyük komandalara qarşı xallar itirdik, amma hədəfimiz avrokuboklardı. Hər qələbə komandaya özgüvən verir.
- Keyta start heyətində başlamayacaqdı, məcburiyyətdən oldu. Bolinin zədəsi ciddidi?
- Keytaya şans verdik, yaxşı oynadı. Boli ayağının yuxarı hissəsində ağrılar hiss etdi. Durumunu sabah biləcəyik.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta