"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXIV turunda "Karvan-Yevlax"ı minimal hesabla məğlub edib - 2:1.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko görüşdən sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:
"Bu gün 3 xalı götürdük, bu çox yaxşıdır. Birinci hissədə 2 qol vurduq və qələbəni qazana bildik. Belə oyunlarda oyuna nəzarət edib qalibiyyəti saxlamalıyıq.
Futbol bu cürdür, qol vura bilməsən, rəqib bunu edəcək. Oyunun sonu yaxşı təəssürat yaratmadı, biz bir qol buraxmışdıq və sonluq gərgin keçdi. "Qarabağ"la oyundan sonra oyunçular istəkli idi.
Yəni ad çəkməyəcəm, kimi demişəmsə, onlar bilirlər. Simakala hücumçudur, o əlinə düşən imkanlardan istifadə etməlidir".
"Avrokuboklar üçün mübarizə apardığınızı hiss edirsiniz?" sualına ukraynalı mütəxəssis belə cavab verib:
"Təbii ki, komandamız məşqçinin verdiyi tapşırığı yerinə yetirib, daha da inkşaf edir. Bəzi oyunlarda xallar itirdik amma məqsədimiz bəllidir, hər qalibiyyət və 3 xal komandanı ruhlandırır".