AZ

Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edirVİDEO

Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında hesabatı" təqdim edərkən deyib.

Baş nazir bildirib ki, ötən ilin dövlət büdcəsində də müdafiə və milli təhlükəsizlik xərcləri artırılıb. Əlavə edib ki, bu, ölkənin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu nümayiş etdirir.

Baş nazir quru sərhədlərin bağlı olmasına da toxunub.

Əli Əsədov işğaldan azad edilən ərazilərdə görülən işlər barədə də məlumat verib. Bildirib ki, orada yaşayan, məskunlaşan, işləyən və oxuyanların sayın hesabat ilinin sonunda təqribən 75 min nəfər olub.

Baş nazirin hesabatından sonra millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər. Parlamentin birinci vitse-spikeri Əli Əhmədov ölkədəki demoqrafik vəziyət barədə danışıb. Bildirib ki, son bir neçə ildə əhalinin artım tempində azalma müşahidə olunur. 2015-ci ildə ölkədə 160 mindən çox uşaq doğulduğu halda, ötən il bu göstərici 100 minin altında olub. Əli Əhmədov həmçinin sırf bu səbəbdən gələcəkdə 50 minə yaxın müəllimin ixtisar riskinin yarandığını bildirib. Hökümətin demoqrafik məsələlərə xüsusi diqqət yetirməli olduğunu nəzərə çatdırıb.

Əli Əhmədov istismar müddəti başa çatan liftlər məsələsinə də toxunub və bunun gələcək üçün potensial risk olduğunu deyib.

Müzakirələrdən sonra Nazirlər Kabinetinin hesabatı səsverməyə çıxarılaraq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
48
xezerxeber.az

1Mənbələr